пятница, 13 января 2012 г.

SWOT TƏHLİL NECƏ APARILIR www.ilkinmanafov.com sehfesinde bu barede daha etrafli yazsamda buradada bezi informasiyalari Sizlerle bolusurem. Muasir dövrdə istənilən uğurlu biznes fəaliyyət ilk olaraq aparılan araşdırmaların düzgün olmasından asılıdır. Praktikada ən geniş yayılmış təhlil metodlarından biridə SWOT hesab edilir. SWOT termini ingilis dilindən tərcümədə aşağıdakı söz birləşmələrinin ilk hərflərini əhatə edir, Strengths – təhlil obyektininin güclü, Weaknesses – təhlil obyektinin zəif tərəfləri, Opportunities – imkanlar, Threats – təhlükələr hesab edilir. Apple şrikətinin yaradıcısı Stiv Voznakının sözlərinə görə, SWOT təhlil biznesin istənilən mərhələsində çox vacibdir və düzgün strategiya təşkilində əvəzsiz hesab edilməlidir. Biznes treyninglər üzrə ekspert C. Vəliyevin sözlərinə görə, bügün Azərbaycan sahibkarlarlarının yeni biznes layihələrə başlamazdan əvvəl, sektorunun SWOT təhlil etmələri buraxacaq səhvlərin qarşısını almaqda faydalı ola bilər. I mərhələ sözsüz araşdırma obyektinin seçilməsindən keçir. SWOT-təhlil obyekti kimi praktikada şirkət, brend və ya konkret biznes həlqəsi kimi çıxış edir. Obyektin formasında asılı olmayaraq mütləq corafi sərhədlərin seçilməsidə müstəsna əhəmiyyət kəsb edir. Bir corafi reqionda təhlil obyektinin hansısa üstünlüyü digər reqion üçün zəiflik ola bilər. Təhlil prosesini daha düzgün başa düşmək üçün şərti olaraq natural şirə istehsalında ixtisaslaşan şərti “ORİGİNAL” brendini götürək. Beləliklə təhlil başlamazdan biz mütləq aşağıdakıları müəyyən etməliyik: - Tədqiqat obyekti; X şirkətinin istehsalı olan “ORİGİNAL” brendidir - Sərhəd: “ORİGİNAL” brendinin Azərbaycan ərazisində təhlili aparılır. II mərhələ təhlil planının hazırlanması. Bu proses özündə təhlil üçün konkret hansı elementlərdən istifadə ediləcəyi əks etdirir. Hansı metodlardan kütləvi sorğular, Delfi metodu, təhlil aparan işçinin sərf subyektiv fikirləri və ya ikinci əl qaynaqlardan istifadə ediləcəyi məhz bu hissədə təyin edilməlidir. Burada SWOT-təhlil üçüm əsas informasiya qaynaqları müəyyənləşdirilməlidir. Virtual nümunə kimi “ORİGİNAL” brendini götürdükdə biz aşağıdakıları təyin edirik: - İnformasiya mənbəyi kimi, ekspert rəylərində və “ikinci əllərdən” qaynaq kimi istifadə ediləcək; - Paralel həm ekspertlərlə sorğu, həmdə digər informasiya mənbələrindən məlumat yığılacaq. III mərhələ. Bu mərhələ bizim təhlilimizdə müstəsna əhəmiyyət kəsb edir. Biz burada informasiya qaynaqları kimi ekspertləri seçməli, bu eksperlərdən konkret nəyi soruşmaq lazım olduğu təyin etməliyik. Əslində bu məqam düzgün aparıldığı təqdirdə SWOT-təhlilin düzgün aparılma ehtimalı xeyli yüksəlir. Bu baxımdan biz bu mərhələnin daha geniş müzakirə etməyə çalışacağıq. SWOT-təhlil üçün ekspert seçiminin düzgün təşkil edilməsi üçün biz brendi yaxından tanıyan adamlardan istifadə etməliyik. Şəxsi təcrübəmdən çıxış edərək söyləyə bilərəm ki, əsasən ekspert sayında 30% şirkət əməkdaşları, 30% distribyutorlar, 40% müstəqil ama bu sahəni yaxşı bilən ekspertlərdən istifadə etmək daha düzgün effekt verə bilir. Təbii ki, bu nisbət konkret tədqiqat obyektindən asılı olaraq dəyişə bilər. Ekspert sayı və tərkibi təyin edildikdən sonra anketdəki sualların tərtibatına keçə bilərik. Suallar tərtib edilərkən iki hissədən ibarət olmalıdır: birinci hissə şirkətlə əlaqəli suallar, ikinci hissə şirkətin ətrafında olan biznes mühitlə əlaqəli suallar. Sualları bu formada tərtib edərək biz SWOT-təhlil üçün əsas informasiya bazasının fundamentini qurmuş oluruq. Başqa sözlə desək biz şirkətin daxili və xarici mühitlərinə ekspert gözü ilə baxış keçiririk. Burada sualların düzgün tərtibatı üçün biz daxili və xarici mühit məfhumlarına açıqlama verərək yaddaşımızı təzələyək. Daxili mühiti dedikdə biz şirkət tərəfindən təsir edilən bilən faktorların məcmusu başa düşürük. (Kadr heyyəti, investisiya qaynaqları, informasiya texnoloqiyaları, ARGE, satış sistemi, brendin tanınma səviyyəsi, mövqeylənmə və s.) Xarici mühit dedikdə – şirkət tərəfindən nəzarət edilməyən amillər nəzərdə tutulur. (Təhcizat qaynaqları, rəqabət mühiti, müştərilər, qanunlar, yeni texnoloqiyalar və s.) Daxili mühitə aid olan informasiyalar SWOT-təhlildə şirkətin güclü və ya zəif tərəfləri, xarici mühitlə əlaqəli amillər isə şirkət üçün üstünlük və ya təhlükə kimi formalaşdırılır, qəbul edilir. IV mərhələ. Bu mərhələdə biz artıq hazır anketlərin doldurulması və ikinci əl qaynaqlardan informasiyaların yığılması ilə məşğul olmalıyıq. SWOT-təhlildə respondentlərin sayının minimum səviyyədə olduğundan ən düzgün metod F2F hesab edilir. Bu metodda respondentlərə suallı daha düzgün açıqlamaq və həqiqi motivləri aşkarlamaq olur. Ikinci əl informasiyalar daha çox KİV-ən yığılır. Paralel olaraq xarici ölkələrin səfirlikləri fəaliyyətdə olduğu yerlərin sahələr üzrə araşdırmalarını edirlər. Bu qaynaqlar bizim üçün təhlildə yaxşı informasiya qaynağı ola bilər. V mərhələ. Yığılan informasiyaların filtr edilməsi və konkret olaraq SWOT-cədvəlin cızılması təhlildə ən vacib məqamlardan biridir. SWOT-təhlilin ideal vizual formasını Sizlərin nəzərinizə çatdırmaq istərdim (Şək 2). Bu formada güclü tərəflərlə-üstünlüklərin, zəif tərəflərlə-təhlükələrin üfüqi düzülməsi bizə SWOT-təhlildən mərkəzi problemi və əsas imkanı görməyə şərait yaradır. VI mərhələ. Aparılan təhlillərdən sonra təbii ki, hesabat hazırlayaraq konkret təkliflər vermək çox vacibdir. SWOT-təhlildə təkliflərin hazırlanması üçün mütləq qaydada mərkəzi problemi təyin etmək lazımdır. Mərkəzi problem şirkətin ən zəif tərəfi ilə gələcək ola biləcək təhlükənin cəmi ilə formalaşır və SWOT-təhlil cədvəlindən formalaşır. Ümumilikdə bu yazıda mən Sizə SWOT-təhlilin ən sadə metodu barədə danışdım. Çox zaman təhlil konfrtantasiya matrisası və çoxsaylı riyazi modellərlə hazırlanır. Hesab edirəm ki, aparılma metodundan asılı olmayaraq SWOT-təhlil düzgün aparıldığı təqdirdə şirkətin biznes strateqiyasının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bu barədə fikirlərinizə gözləyirəm, Sizcə SWOT-təhlilin başqa hansı aparılma metodoloqiyaları var?
www.ilkinmanafov.com Salam! Men Sizi ozumun yeni blogumda gozleyirem. Burada men oz dusuncelerimi Sizlerle daha yaxinda bolusecem. Inaniram ki, biz yeni blogda Sizinle daha degig ve duzgun muzakireler aparacagig. Yeni blogum bir-basa olara Marketinq, Satis ve Biznesin idaredilmesine hesr edilmisdir. Yeni unvan beledir www.ilkinmanafov.com